Meyiti mənzilində tapıldı

meyiti-menzilinde-tapildi
Oxunma sayı: 1627

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə 1 nəfər vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Qafqazinfo”nun FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1934-cü il təvəllüdlü İsmayılov Vahid Abbas oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil verıblər.

Əməliyyat saat 09:40-da başa çatıb.