“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1986-cı il təvəllüdlü Günay Əmrəddin qızı Mirzəyeva aprelin 16-da saat 08:30 radələrində öz qızı 2013-cü il təvəllüdlü Cəmilə Ramil qızı Mirzəyeva ilə evdən gedib.
Bu barədə aprelin 17-də Şağan qəsəbəsi Əzizbəyov küçəsində yaşayan Sevda Mirzəyeva Polis Bölməsinə məlumat verib. O bildirib ki, G.Məmmədova onun qardaşı yoldaşıdır və onlarla birgə yaşayır.
G.Məmmədova aprelin 17-i saat 03 radələrində evə qayıdaraq deyib ki, Cəmiləni Səbail rayonunda dənizə ataraq öldürüb.
G.Məmmədova Ruhi Əsəb Dispanserinə yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər