Martın 4-də aşkar edilən kişi meyitinin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxarma sahəsində “avadanlığın təmiri və xidməti üzrə mexanik” vəzifəsində çalışmış 1957 ci il təvəllüdlü Həsənov Elçin Yaqub oğluna məxsus olduğu müəyyən edilib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Axtarış-Xilasetmə Qərargahından məlumat verilib.
Bildirilir ki, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
***
“Qafqazinfo”nun məlumatına görə, Elçin Həsənovun cənazəsi bu gün saat 16:30-da Salyan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən evindən qaldırılacaq. Dəfn mərasimi Salyan şəhər qəbiristanlığında olacaq.
Allah rəhmət etsin!
Son xəbərlər
Son Xəbərlər