Aprelin 9-da dənizdə aşkar edilən kişi meyitinin itkin düşən neftçiyə aid olduğu müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, Axtarış – Xilasetmə Qərargahının məlumatına görə, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 1967 – ci il təvəllüdlü Bəhramov Cavid Həyatxan oğluna məxsus olduğu müəyyən edilib.
Mərhumun meyiti ailəsinə təhvil veriləcək.
Son xəbərlər
Son Xəbərlər