Çinin ən məşhur şəkər tozu markalarından olan “Ağ dovşan” şirkətlər qrupunun keçmiş rəhbəri Venq Mayo Henan vilayətində təbiət aləmində gəzinti zamanı həyatını itirib.
“Qafqazinfo”nun xarici mətbuata istinadən verdiyi məlumata görə, turizm bölgəsində gəzən Mayonun başına qaya parçası düşüb.
Çin mətbuatında yer alan xəbərlərə görə, qaya parçası bir meymun tərəfindən itələnərək biznesmenin başına düşüb.
Ağır yaralanan 67 yaşlı Venq bölgədəki xəstəxanalardan birinə aparılıb, lakin bütün müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Son xəbərlər
Son Xəbərlər