Meyvezer rinqə qayıdıb aktyorla döyüşəcək

meyvezer-rinqe-qayidib-aktyorla-doyusecek
Oxunma sayı: 1516

Boks üzrə beş ağırlıq çəkisində keçmiş dünya çempionu Floyd Meyvezer yenidən rinqə qayıdır.

“Qafqazinfo” xəbər verir ki, 44 yaşlı idmançı Pol Loqanla qarşılaşacaq. Xüsusi təşkil olunan döyüş iyunun 6-da, Mayamidəki “Hard Rock” stadionunun rinqində keçiriləcək.

Pol Loqan boksçu, videobloqer, şoumen və aktyordur.

Meyvezer sonuncu dəfə 2018-ci ildə yaponiyalı Tensin Nasukava ilə döyüşmüş və ilk raundda nokautla qələbə qazanmışdı. Floyd karyerası ərzində çıxdığı 50 döyüşü qazanıb.