Məzahir Pənahov axırıncı dəfə xəbərdarlıq etdi

mezahir-penahov-axirinci-defe-xeberdarliq-etdi
Oxunma sayı: 1921

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK üzvlərinə ciddi xəbərdarlıq edib.

"Qafqazinfo" xəbər verir ki, MSK sədri bildirib ki, müraciət edən tərəfin əlavə sənədlər təqdim etmək hüquqları var:

"Mən dünən də iradımı dedim. Belə çıxır ki, danışanda qulaq asmırsız. Burada oturan insanlara hörmət etmək lazımdır. Sizin dediyinizdən məndə elə təsəvvür yaranır ki, müraciət edənin əlində də heç bir sənədi yoxdur. Halbuki məsələ o şəkildə təqdim olunmalıdır ki, müraciət edən şəxsin sonradan əlavə sənəd təqdim etmək hüququ var. Bu barədə axırıncı dəfə xəbərdarlıq edirəm. Burada oturan insanlara hörmət edin. İnsanlar da görsün ki, biz bunu ədalətli etmişik, ya yox?!"

Günel Türksoy