Məzahir Pənahov deputatlara vəsiqələrini təqdim edəcək

mezahir-penahov-deputatlara-vesiqelerini-teqdim-edecek
Oxunma sayı: 1023

Milli Məclisin yaz sessiyasının ikinci plenar iclası martın 13-də keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, iclasın gündəliyi üzərində hələ dəqiqləşmələr aparılır. Bundan əlavə, həmin iclasda deputatlara vəsiqələri də təqdim ediləcək. Vəsiqələri deputatlara MSK sədri Məzahir Pənahov təqdim edəcək.

Xatırladaq ki, növbəti iclasın martın 17-də keçirilməsi planlaşdırılmışdı.

Günel Türksoy