Məzahir Pənahov görüş keçirdi

mezahir-penahov-gorus-kecirdi
Oxunma sayı: 740


MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Məzahir Pənahov görüşdən məmnunluğunu bildirərək, rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla, eləcə də Avropa Şurası ilə əlaqələrə daim önəm verdiyini və gələcəkdə də seçkilər sahəsində qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək niyyətində olduğunu söyləyib.

Həmməruzəçi Tadeuş İvinski qarşıdan gələn seçkilərlə bağlı görüləcək işlərlə maraqlanıb.

Qonaqların suallarını cavablandıran Komissiya sədri vətəndaşların seçki hüquqlarının təmin edilməsi üçün atılacaq addımlar və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.