Məzahir Pənahov komissiya üzvlərinə nə öyrədəcək?

mezahir-penahov-komissiya-uzvlerine-ne-oyredecek
Oxunma sayı: 653

“Qafqazinfo” xəbər verir ki, bu barədə AzərTAc-məlumat yayıb. Kurslar Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar keçirilir. Məqsəd Sərəncama uyğun olaraq MSK-nın qarşısına qoyulmuş vəzifələrin icrası ilə bağlı seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, dairə seçki komissiyalarının sədrlərinin peşəkar hazırlığının artırılmasıdır.

Kursların açılış mərasimində MSK-nın sədri Məzahir Pənahov, Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər iştirak edəcəklər.

Sentyabrın 11-dək davam edəcək kurslarda Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, respublika baş prokurorunun birinci müavini Rüstəm Usubov, ombudsman Elmira Süleymanova, Daxili İşlər və Ədliyyə nazirliklərinin məsul şəxsləri, MSK-nın üzvləri və hüquqşünas alimlər mühazirələr oxuyacaqlar. Kursların sonunda dairə seçki komissiyalarının sədrlərinə sertifikatlar təqdim ediləcək.

Proqramın növbəti mərhələsi olaraq sentyabrın 13-dən 15-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək.

Qeyd edək ki, MSK tərəfindən 2007-ci, 2009-cu və 2010-cu illərdə də Azərbaycan Prezidentinin sözügedən Sərəncamının icrası ilə əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar təşkil olunub