Məzahir Pənahov Özbəkistandakı seçkiləri müşahidə edib

mezahir-penahov-ozbekistandaki-seckileri-musahide-edib
Oxunma sayı: 753


“Qafqazinfo”nun MSK-ya istinadən məlumatına görə, Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirza-Uluqbek Abdusalomovun dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun Özbəkistan Baş nazirinin müavini Qulomjon İbraqimov, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini Sarvar Otomuradov, özbəkistanlı həmkarı və digər rəsmi şəxslərlə görüşləri keçirilib. İki ölkə arasında bütün sahələrdə genişlənən əlaqələrdən məmnunluqla bəhs olunan görüşlərdə qurumlararası əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçki günü paytaxt Daşkənd və Səmərqənd şəhərlərində yerləşən seçki məntəqələrində seçkiləri izləyən nümayəndə heyətinin Özbəkistana səfəri martın 30-da başa çatıb.