“Məzarın iki addımlığında duran ağsaqqal...” - - Anara cavab

mezarin-iki-addimliginda-duran-agsaqqal-
Oxunma sayı: 3972



“Qafqazinfo” xəbər verir ki, bu barədə E.Bağırov özünün facebook hesabında yazıb: 

“Məndən Azərbaycan Yazıçılar Birliyinin – o birlikdən ki mən bir neçə il əvvəl dəhşət içində qaçmışdım- sədri Anarın mənim ünvanına səsləndirdiklərinə münasibət bildirməyimi xahiş edirlər. Azərbaycan mediasına açıqlamalar vermirəm, bu səbəbdən burada yazacam. Mən çox təəssüf edirəm ki, məzarın iki addımlığında duran və praktiki olaraq Allahla üzbəüz dayanmış ağsaqqal yazıçı öz xalqını, qadınlar və uşaqlar da daxil olmaqla nifrətə və qonşuları ilə qanlı qırğına çağırır. Anar müəllim yazıçılar belə olmur. Belə ancaq təşviqatçı və təbliğatçılar olur. Bu isə başqa peşədir”.