“Məzənnə rejiminə keçid çox ciddi hazırlıq tələb edir”

mezenne-rejimine-kecid-cox-ciddi-hazirliq-teleb-edir
Oxunma sayı: 2293

Mərkəzi Bankın sədri Elman Rüstəmov ölkədə məzənnə rejiminin dəyişdirilməsi ilə bağlı mətbuatda gedən müzakirələrə münasibət bildirib. 

“Qafqazinfo”nun məlumatına görə, E. Rüstəmov mətbuat konfransında deyib ki, yeni məzənnə rejiminə keçid çox ciddi hazırlıq tələb edir: “Ortamüddətli dövrdə Mərkəzi Bank bu istiqamətdə düşünür. Bununla bağlı beynəlxalq təcrübə öyrənilir. Cari ildə məzənnə rejiminin dəyişdirilməsi istiqamətində hər hansı addımın atılmasının planlaşdırılması gözlənilmir”.

Günel Türksoy