MHİ-dən “Qanun” bəyanatı

mhi-den-qanun-beyanati
Oxunma sayı: 1060



“Qafqazinfo” xəbər verir ki, . Media Hüququ İnstitutu “Qanun”a qarşı bu hücumu hakimiyyətin ölkədə bütün mətbəələri nəzarət altına almaq, onları öz siyasi senzurasına tabe etdirmək, həm kitab və qəzet nəşrini, həm də sair nəşrləri öz siyasi senzurası altına almaq siyasətinin tərkib hissəsi sayır. MHİ hesab edir ki, “Qanun”a qarşı bu basqılar Azərbaycanda ifadə azadlığına ağır zərər vuracaq. MHİ hökuməti “Qanun”a qarşı vergi yoxlamaları adı altında qanunsuz basqıları təcili dayandırmağa, ölkənin inkişafına ciddi zərər vura biləcək siyasi senzura tətbiqinə bərabər olan belə siyasət yürütməkdən çəkinməyə çağırır. MHİ hökuməti müstəqil nəşriyyat və mətbəələrin yaranması və inkişafına, ölkədə fərqli düşüncələrin və bədii təxəyyülün sağlam rəqabətinə rəvac verə biləcək hökumət siyasəti hazırlamağa və həyata keçirməyə çağırır.