Türkiyədə Milliyətçi Hərəkat Partiyası (MHP) 2019-cu ildə keçiriləcək prezident seçkilərinə namizəd çıxarmayacaq.
“Qafqazinfo” “A Haber”ə istinadən xəbər verir ki, bu barədə partiyanın sədri Dövlət Baxçalı canlı yayımda məlumat verib.
O deyib ki, MHP seçkilərdə prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləyəcək.
Sədr sözlərinə əlavə edib ki, parlament seçkilərində başqa bir partiya ilə koalisiya qurulması nəzərdən keçiriləcək. Bu olmayacağı təqdirdə MHP parlament seçkilərinə yalnız qatılacaq.
Son xəbərlər
Son Xəbərlər