Miçel Madera Qurbanovun ona əsəbiləşməsindən danışdı

micel-madera-qurbanovun-ona-esebilesmesinden-danisdi
Oxunma sayı: 2078

“Qarabağ”ın yarımmüdafiəçisi MigelMaderaTopaz Premyer Liqasının VI turunda "Sumqayıt"la oyundan (4:1) sonra brifinq keçirib. “Qafqazinfo” xəbər verir ki, ispaniyalı legioneröncə matç barədə fikirlərini bildirib.

- "Roma" ilə Çempionlar Liqası oyunu öncəsi vacib qələbə qazandıq. İlk hissədə istədiyimiz alınmadı. Ancaq bu, vacib qələbə idi. Öz oyunuma gəlincə, deyərdim ki, bunun öhdəsindən gəldim.
 
- "Roma" ilə matçın təzyiqi ilk hissədə büruzə verirdi...

- Bunlar tamam fərqli oyunlardır. Bugünkü rəqibimiz də oynayır, müqavimət göstərir.
 
- Qırmızı vərəqə aldıqdan sonra Qurban Qurbanov sənə sərt şəkildə irad bildirdi və paltardəyişmə otağına yollanmağını bildirdi...

- Mənə heç nə demədi. Nə olacaqsa, öz aramızda olan məsələlərdi. Futbolda olan şeylərdi. Oyun zamanı əsas söz sahibləri hakimlər olur.
 
- Qorxmursan ki, bu hərəkətinə görə Qurban Qurbanovun "qara siyahı"sına düşəsən?

- Qorxu və "qara siyahı"? Nə demək olduğunu anlamıram.
 
- Oynamamaq, ehtiyat oyunçular skamyası...

- Bu, futbolda olan şeylərdir. Çalışmaq lazımdır. Olan oldu, keçən keçdi.
 
- "Roma" ilə oyunda "Qarabağ"dan nə gözləmək olar?

- Ümid edirəm ki, "Çelsi" ilə oyundakı ssenarinin təkrarı olmayacaq. Üstəlik, evdə oynayacağıq, daha istəkli olacağıq.