Microsoft “Bakutel”də Azərbaycan hökuməti ilə birgə həyata keçirdiyi layihələri təqdim edir

microsoft-bakutelde-azerbaycan-hokumeti-ile-birge-heyata-kecirdiyi-layiheleri-teqdim-edir
Oxunma sayı: 662

“Son illər uğurla davam edən əməkdaşlıq Microsoft şirkətinə öz böyük təcrübəsinin Azərbaycan ilə bölüşməsi üçün zəmin yaratdı. Microsoft şirkətinin əsas məqsədi informasiya texnologiyalarını ölkənin inkişafına dəstək olan real alətə çevirmək və innovasiyalı texnologiyalar vasitəsilə informasiya cəmiyyətinin formalaşmasında iştirak etməkdir”, - deyə Microsoft şirkətinin Avropa, Orta Şərq və Afrika regionları üzrə Hüquqi və Korporativ Məsələlər üzrə Direktoru Kim Qanye qeyd edib. Onun sözlərinə görə, ölkənin informasiya kommunikasiya texnologiyaları sahəsində inkişaf templəri, müxtəlif sahələrin sürətlə informasiyalaşdırılması Microsoft korporasiyasını Azərbaycan hökuməti ilə tərəfdaşlığın daha da genişləndirilməsi üçün zəmin yaradır.
Microsoft korporasiyasının stendində müxtəlif yeni proqram məhsulları və Windows 7 əməliyyat sisteminin və MS Office 2010 paketinin Azərbayca dilinə tərcüməsi haqqında geniş məlumat veriləcək.

Nigar Məmmədli