“Microsoft” “Windows 10”da bu versiyanı dəstəkləməyi dayandıracaq

microsoft-windows-10da-bu-versiyani-desteklemeyi-dayandiracaq
Oxunma sayı: 1901

“Microsoft” şirkəti “Windows 10”da 21H2 versiyasını dəstəkləməyi dayandıracaq. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkətin rəsmi hesabında məlumat verilib.

Belə ki, “Microsoft” “Windows 10”da 21H2 versiyası üçün dəstəyini 30 gündən az müddətdə başa çatacağını deyib. 

Məlumata görə, son təhlükəsizlik yeniləməsi 11 iyun 2024-cü ildə buraxılacaq. Bundan sonra “22H2” “Windows 10”un dəstək alacaq yeganə istehlakçı və korporativ versiyası olacaq.

Şirkətdən bildirilib ki, dəstəyin sona çatması o deməkdir ki, əməliyyat sistemi daha təhlükəsizlik yeniləmələrini və səhvləri aradan qaldırmayacaq.

Qeyd edək  ki, milyonlarla kompüter “Windows 10”nun 21H2 versiyası ilə işləyir.