“Microtech” şirkəti də koronovirusla mübarizəyə vəsait ayırdı

microtech-sirketi-de-koronovirusla-mubarizeye-vesait-ayirdi
Oxunma sayı: 822

Gənc texnologiya şirkəti olan "Microtech" Məhdud Məsuliyyətli Cəmiyyəti “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb.

Şirkət rəsmisi "Qafqazinfo"ya bildirib ki, bu addımı dövlət başçısı İlham Əliyevin uzaqgörən siyasəti və sözügedən virusla mübarizə məqsədilə bütün dünya ölkələrini qabaqlayan qətiyyətli qərarlarından ilhamlanaraq atıblar.

Bundan başqa, şirkət ölkəmizdə də yayılan xəstəliklə mübarizədə öz töhvəsini vermək üçün informasiya texnoligiyaları sahəsində cari vəziyyətdə istifadə oluna biləcək bir sıra proqram təminatlarının hazırlanmasına start verib.