MİDA-nın təxirə düşmüş mənzil seçimi bu tarixdə keçiriləcək

MİDA-nın təxirə düşmüş mənzil seçimi bu tarixdə keçiriləcək
Oxunma sayı: 2839

MİDA-nın təxirə salınmış mənzil seçimi prosesinin  24 sentyabr saat 15:00-da keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") birgə yaydığı məlumatda bildirilir. 

Qeyd edək ki, 15.09.2022-ci il tarixində  Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 815 mənzilin güzəştlə satışı prosesi başlamamışdan öncə ictimai əhəmiyyətli infrastruktur obyektləri olan dövlət orqanlarının informasiya sistemlərində əlavə yüklülük doğuran texniki nasazlıqlar aşkar edilib.

Bu barədə həmin vaxt Dövlət Təhlükəsizliyi Xidməti, Mənzil İnşaatı Dövlət Agentliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, hazırkı mərhələ üzrə güzəştli şərtlərlə mənzil seçimi prosesinin obyektiv nəticələrinə mümkün təsirləri nəzərə alınaraq mənzil satışının vaxtı təxirə salınıb.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başlanılmış ilkin araşdırmalar zamanı Elektron Hökumətin İnkişafı Mərkəzinin “ASAN Login” sisteminə ölkə hüdudlarından xaricdə yerləşən qlobal hostinqlərə məxsus İP aralıqlardan istifadə edilməklə iri həcmli kiberhücumun olduğu aşkar edilib.