Mikayıl Cabbarov 7 il əvvəlki rekordun təkrarlandığını açıqladı

mikayil-cabbarov-7-il-evvelki-rekordun-tekrarlandigini-aciqladi
Oxunma sayı: 5163

“2021-ci ildə ÜDM-in real həcmi 5,6%, qeyrineft sektorunda isə 7,2% artıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazirin sözlərinə görə, pandemiyanın davam etdiyi şəraitdə postmüharibə dövrü olan 2021-ci ildə qeyrineft sektoru üzrə ÜDM-in artım tempinin 7%-dən çox olması mühüm nailiyyətdir. 

M.Cabbarov əlavə edib ki, sonuncu dəfə bu göstərici 2014-cü ildə 7%-ə çatıb:

“BVF-nin oktyabrdakı proqnozuna görə, ötən il qlobal iqtisadiyyatda 5,9%, inkişaf etməkdə olan ölkələrdə isə 6,4% artım gözlənilsə də, iqtisadiyyatımızın prioritet sahəsi olan qeyri-neft sektorunda daha yüksək göstəricilər əldə olunub”. 

Həmçinin oxuyun: Задержаны лица, повредившие памятник Гаджи Зейналабдину Тагиеву - Фото