Mikayıl Cabbarov bu federasiyadan da getdi

mikayil-cabbarov-bu-federasiyadan-da-getdi
Oxunma sayı: 5100

Azərbaycan Badminton Federasiyasının yeni prezidenti bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, bundan sonra federasiyaya Taleh Ziyadov rəhbərlik edəcək. 

O, bu postda iqtisadiyyat naziri Mikayıl Cabbarovu əvəzləyib. 

Bundan başqa, Aynur Səmədova və Emin Maqsudov İdarə Heyətinin sədr müavinləri, Rəşad Kərimov və Mirzə Orucov İdarə Heyətinin üzvləri seçiliblər.

Qeyd edək ki, T.Ziyadov "Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı" Qapalı Səhmdar Cəmiyyətinin baş direktorudur.

Xatırladaq ki, Mikayıl Cabbarov 2015-ci ildən Azərbaycan Badminton Federasiyasının prezidenti idi. 

Onu da əlavə edək ki, M.Cabbarov bir müddət əvvəl Qılıncoynatma Federasiyasından da getmişdi.

Elsevər Məmmədov