Mikayıl Cabbarov saxta diplomlardan danışdı

mikayil-cabbarov-saxta-diplomlardan-danisdi
Oxunma sayı: 1799


“Qafqazinfo” xəbər verir ki nazir bildirib ki, saxta diplomlarla bağlı nazirliyin mövqeyi qəti və birmənalıdır:

"Bu hal təbii olaraq təhsil sistemində baş verməməlidir. Burda iki müxtəlif məsələ var. Birinci məsələ ondan ibarətdir ki, hər bir sənəd nəzəriyyədə saxtalaşdırıla bilər. Əgər onu sənəd adlandırmaq olarsa. Diplom və mülkiyyət hüququ haqqında şəhadətnamə birbaşa olaraq təhsil sisteminə aid deyil. Yəni bu müvafiq cinayət qanunvericiliyi ilə tənzimlənən məsələdir.  Belə hallara tamamilə fərqli prizamadan baxılmalıdır. Hansısa qanuni sənədin saxta sürəti çıxarılırsa, Təhsil Nazirliyi saxta diplom dedikdə bu kateqoriyanı nəzərdə tutur. Ona görə də belə hallarla rastlaşarkən hər bir dövlət orqanı kimi  müvafiq dövlət orqanlarına təqdim edirik. Hüquq mühaifə orqanlarına ötürmüşük və gələcəkdə də proses davam etdiriləcək.

İkinci məsələ isə qanuni diplomların nəzəriyyədə qanunsuz yolla verilməsidir. Diplom öz özlüyündə qanuni olaraq sənəddir. Dövlət tərəfindən hazırlanır. Lakin onun verilməsində qanun pozuntuları baş verir. Bu hüququ olmayan insana sənədin verilməsi deməkdir. Birbaşa olaraq təhsil sistemində baş verən proseslərlə bağlıdır.  Hər iki pozuntulara qarşı Təhsil Nazirliyinin mövqeyi birmənalıdır. Pozuntular aşkar edildiyi təqdirdə müvafiq tədbirlər görüləcək".

***

Nazir həmçinin kəsiri olan tələbələrin alt qruplarda dərs almaq üçün əlavə kredit ödəyəcəkləri ilə bağlı məsələyə də münasibət bildirib. O bildirib ki, BDU-da həmçinin də digər ali təhsil müəssisələrində təhsil krediti ilə bağlı məsələlər Nazirlər Kabinetinin və digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçiriləcək.

***

Təhsil naziri Mikayıl Cabbarov bölgələrdə dərs deməyə göndərilən müəllimlər üçün nəzərdə tutulan imtiyazlardan danışıb. "Qafqazinfo" nun məlumatına görə,nazir qeyd edib ki, hazırda Azərbaycan qanunvericiliyi bölgələrdə fəaliyyət göstərən müəllimlər üçün əlavə imtiyazlar nəzərdə tutub:

“Ümumilikdə Təhsil Nazirliyi bölgələrdə müəyyən ixtisaslar və fənlər üzrə müəllim çatışmazlığını tanıyaraq eyni zamanda fənn müəlimlərinin hazırlığı prosesində praktiki təcrübəyə kifayət qədər yer ayrılmadığını tanıyaraq gələcəkdə müəəlim ixtisası üzrə hazırlnacaq tələbələrin məcburi şəkildə təcrübəni keçməsini təmin edəcək. 

Həmçinin qanunsuz ixtisas dəyişmə prosesinə də toxunan nazir qeyd edib ki, Təhsil Nazirliyi və müxtəlif dövlət orqanları tərəfindən bu proseslə bağlı mübarizə aparılır: 

“O ki qaldı qanunvericilik çərçivəsində müəllimlərin yeni ixtisaslara yiyələnməsi qanun çərçivəsində baş verirsə və buna qanunla icazə verilirsə bu normaldır. Biz təhsil üzrə olan bu və ya digər mənfi hallarla davamlı olaraq kampaniya şəklində mütəmadi olaraq mübarizə aparacağıq. Onların mövcud qanunvericilk çərçivəsində fəaliyyət göstərmələrinə nəzarət edəcəyik. Əgər qanunvericiliyin təkmilləşməsinə ehtiyac varsa və bunu Təhsil Nazirliyi tanıyırsa bu barədə müvafiq vəsatətləri qaldırırıq və qanunvericilik mərhələsinin təkmilləşməsinə çalışırıq”.

Günel