Mikayıl Cabbarovdan federasiya prezidenti kimi ilk - Açıqlama

Mikayıl Cabbarovdan federasiya prezidenti kimi ilk
Oxunma sayı: 1823

Azərbaycan Güləş Federasiyasının yeni prezidenti Mikayıl Cabbarov açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, o, təyinatı barədə və gələcək işlərdən danışıb. 

“İlk növbədə federasiyanın üzvlərinə və bu sahədə fəaliyyət göstərən həmkarlara təşəkkür edirəm ki, mənə etimad göstərdilər. Güləş bizim milli idman növümüzdür, canımızda bu növə maraq var. Bu idman növündə uğurlarımız var.

Çempionlarımız bayrağımızı qaldırırlar. Bu uğurlarla fəxr edirik. Hər bir idman növündə qazanılan uğurlar daha da çox ola bilər.

Hesab edirəm ki, mənə göstərilən etimadın doğrulması üçün İcraiyyə Komitəsinin üzvləri, məşqçi heyəti ilə birgə fəaliyyətimizi davam etdirəcəyik.

İlk istiqamət olaraq, idman növünün kütləviləşdirilməsi üçün çalışacağıq. Digər tərəfdən, idman nailiyyətləri yüksəldilməlidir. Bunun üçün ölkəmizdə hər cür şərait var. Üzərimə düşən məsuliyyəti dərk edərək işlər görəcəyik. Azərbaycan güləşinin uğuru üçün əlimizdən gələni edəcəyik”, - M.Cabbarov vurğulayıb.

Həmçinin oxuyun: Mikayıl Cabbarov Güləş Federasiyasının prezidenti oldu

Elsevər Məmmədov