“Mikayıl Müşfiqi mən sevdirmişəm” - Əminə Yusifqızı

“Mikayıl Müşfiqi mən sevdirmişəm”
Oxunma sayı: 1066

“Mikayıl Müşfiqi mən sevdirmişəm. Mən demək pisdir, amma bunu açıq deyirəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti, bədii qiraət ustası Əminə Yusifqızı “Həmin Zaur” verilişində deyib.

85 yaşlı sənətkar şairin “Yenə o bağ olaydı” şeirinə klip çəkdirdiyini əlavə edib.

Yusifqızı, həmçinin Azərbaycan SSR Xalq şairi Bəxtiyar Vahabzadənin “Bir salama dəymədi” şeirini oxuduqdan sonra onun hər kəsin dilinə düşdüyünü bildirib:

“Heç kim bilmirdi ki, Bəxtiyar “Bir salama dəymədi” şeirini yazıb. O vaxt Dillər İnstitutunda ilk dəfə Bəxtiyarın gecəsi keçirilirdi. Mən orada 5-6 şeir oxudum. Məndən sonra da Həsən Əbluc çıxmalı idi. Oxudum qurtardım. Sonra Həsən Əbluca söz verdilər. Həsən də dedi ki, Əminədən sonra nə oxuyum ki, hamını ağlatdı. Ondan sonra Bəxtiyar təzə kitabı çıxanda həmişə mənə göndərirdi”.