"Qafqazinfo" gecce.az-a istinadən xəbər verir ki, bir sıra kanallar, o cümlədən, Space televiziyasının əyləncəli proqramlarına davam etməsi tamaşaçılar tərəfindən sosial şəbəkələrdə qınağa səbəb olmuşdu.
Görünür, qınaq öz sözünü deməyi bacarıb ki, əyləncə formatında qurulan “Sevimli şou” belə bu gün öz dəsti-xəttindən çıxmalı olub.
Siz hər dəfə müğənnilərin toy repertuarını və tamaşaçıların studiyada qol qaldırıb oynamasını görərdiniz. Bu gün isə sənətçilər toy mahnıları deyil, vətənpərvər ruhda ifalar səsləndiriblər.
Bir sözlə, tamaşaçıların təbirincə desək, “palatka toyu” deyiminə yol verilməyib. Bu isə izləyicilər tərəfindən də müsbət qarşılanıb.
Son xəbərlər
Son Xəbərlər