Mikels yenidən “Sabah”da - Video

mikels-yeniden-sabahda
Oxunma sayı: 1576

Transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

“Qafqazinfo” xəbər verir ki, Almaniyalı vinger Coy-Lens Mikelslə 1+1 illik müqavilə bağlanıb. 

Mikels daha öncə, 2021-2023-cü illərdə də “Sabah”ın uğurları üçün çalışmış, ötən yay Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna transfer edilmişdi. 

Futbolçu Bakı təmsilçisinə azad agent kimi qayıdıb.  

“Sabah”da keçirdiyi 69 oyunda 33 dəfə fərqlənən Mikels, klubun heyətində ən çox qol vurmuş futbolçudur.