Mikroavtobus 3 maşınla toqquşdu - 4 yaralı+Foto

mikroavtobus-3-masinla-toqqusdu
Oxunma sayı: 1087

Mingəçevirdə 3 minik maşını və mikroavtobusun iştirakı ilə zəncirvari qəza baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə gecə saatlarında şəhərin M.Maqomayev küçəsində qeydə alınıb. Qəzada üç “VAZ” markalı minik maşını, bir sərnişin daşıyan mikroavtobus iştirak edib. 

Yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər - 40 yaşlı Natiq Əhmədov, onun həmyaşıdı Eldəniz İmanov, 28 yaşlı Fədai İbadov və 27 yaşlı Samir Cəfərli müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. 

Qəzanın başvermə səbəbləri araşdırılır.

Elmar Əli