Mikroavtobus 37 yaşlı kişini vurub öldürdü- - Fotolar

mikroavtobus-37-yasli-kisini-vurub-oldurdu-
Oxunma sayı: 1229


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şəki-Qax yolunun, Şəki rayonu Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində  qeydə alınıb. 

1979-cu il təvəllüdlü, Zaqatala rayon sakini Elməddin Abakər oğlu Qacayev idarə etdiyi “Merсedes Vito” markalı,  62 BH 850 dövlət nömrə nişanlı mikroavtobusla  Şəki şəhəri istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən piyada 1977-ci il təvəllüdlü,  Şəki rayonu Aşağı Göynük kənd sakini 1977-ci il təvəllüdlü Faiq Hüseyn oğlu Tahirovu vurub.

Faiq Tahirov aldığı ağır bədən xəsarətlərindən elə hadisə yerində ölüb. Faktla bağlı Şəki şəhər-rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.