Mikroavtobus aşdı- - Yaralılar var

mikroavtobus-asdi-
Oxunma sayı: 1396


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 13:30 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.  

“Mercedes Sprinter” markalı mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində Tovuz rayon sakini, 1972-cil təvəllüdlü Məmmədov Rövşən Xaliqverdi oğlu və Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Əliyev Vüsalə İsaxan qızı müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisənin baş vermə səbəbi  Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır.