Mikroavtobus aşdı, 3 qadın yaralandı - Foto

mikroavtobus-asdi-3-qadin-yaralandi
Oxunma sayı: 1489

Mingəçevirdə mikroavtobus minik maşını ilə toqquşub, xəsarət alanlar var. 

“Qafqazinfo”nun xəbərinə görə, hadisə səhər saatlarında baş verib. 7 saylı xətlə hərəkət edən mikroavtobus, “Hundai” markalı minik maşını ilə toqquşub. 

Zərbənin gücündən mikroavtobus aşıb. Hadisə zamanı sərnişinlər Taliyə Qorçuyeva, Türkan Əhmədova, Aydan Məmmədova xəsarət alaraq xəstəxanaya çatdırılıb. 

Hadisə yerinə yanğınsöndürmə birqadası cəlb edilib, baş verə biləcək yanğının qarşısı alınıb. 

Faktla bağlı araşdırma aparılır

Elmar Əli

***

V çağırış Milli Məclisin deputatı Aydın Mirzəzadə də hadisə barədə danışıb. O feysbukda bildirib ki, qəza barədə Mingəçevir xəstəxanasının rəhbərliyi ilə əlaqə saxlayıb: “Hazırda iki nəfər müayinədədir. Müalicələri nəzarətdədir”.