Mikroavtobus dərəyə aşdı, yaralanan var - Fotolar

mikroavtobus-dereye-asdi-yaralanan-var
Oxunma sayı: 1770

Xaçmaz rayonunda “Ford” markalı mikroavtobus Qusarçayın dərəsinə aşıb.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Gödəkli kəndi ərazisindən keçən hissəsində baş verib.

Kənd sakini Mehdi İsayevin idarə etdiyi mikroavtobus idarəetmənin itirilməsi nəticəsində çayın üzərindəki körpünün məhəccərlərini qıraraq dərəyə düşüb.

Qəza zamanı xəsarət alan sürücü Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.