“Milan” 11 ildən sonra İtaliya çempionu oldu

“Milan” 11 ildən sonra İtaliya çempionu oldu
Oxunma sayı: 1934

Bu gün İtaliya A seriyasında 2021/2022 mövsümünə yekun vurulub.

"Qafqazinfo" xəbər verir ki, turnirin qalibi son turun matçlarından sonra bilinib.

Turnir cədvəlində 83 xalla 1-ci pillədə qərarlaşan "Milan" 38-ci turda "Sassuolo"nun qonağı olub. "Qırmızı-qaralar" bu görüşdə 3:0 hesabı ilə qalib gəlməklə çempion adını qazanıb.

81 xalla 2-ci pillədə olan "İnter" isə son turda "Sampdoriya"nı 3 cavabsız qolla məğlub edib.

Beləliklə, "Milan" 11 illik fasilədən sonra yenidən çempion olub. Komanda sonuncu dəfə 2010-2011 mövsümündə qızıl medalları əldə etmişdi.

Qeyd edək ki, 3-cü pillədə isə 79 xalla "Napoli" qərarlaşıb.

22 may

20:00. "İnter" – "Sampdoriya" - 3:0

Qollar: Perişiç, 49, Korrea, 55, 57

20:00. "Sassuolo" – "Milan" - 0:3

Qollar: Jiru, 17, 32, Kessie, 36