UEFA Çempionlar Liqasında yarımfinalın ilk iştirakçıları bəlli olub.
"Qafqazinfo" xəbər verir ki, evdə “Çelsi”ni 2:0 hesabla məğlub edən “Real Madrid” cavab görüşündə də eyni hesabla qalib gəlib.
Səfərdə londonluların qapısından 2 cavabsız top keçirən "kral" klubu növbəti mərhələyə adlayıb.
Yarımfinalın digər cütü isə "Napoli" - "Milan" oyununda bəlli olub.
Evdə 1:0 qələbə qazanan "Milan" klubu səfərdə neapollularla 1:1-lik heç-heçəyə imza atıb.
Bununla da "Milan" 16 il sonra Çempionlar Liqasının yarımfinalına çıxıb.
Qeyd edək ki, "Milan" sonuncu dəfə Çempionlar Liqasının yarımfinalına 2007-ci ildə vəsiqə qazanmışdı. Onlar həmin il finalda da oynamışdılar. Maraqlısı budur ki, "Milan"ın ÇL-in yarımfinalına və finalına vəsiqə qazanılan mövsümün finalı da İstanbulda keçirilmişdi.
Son xəbərlər
Son Xəbərlər