“Milan” baş məşqçi ilə müqaviləni yenilədi

milan-bas-mesqci-ile-muqavileni-yeniledi
Oxunma sayı: 940

İtaliyanın “Milan” klubu baş məşqçi Gennaro Qattusso ilə müqaviləni uzadıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klub rəsmiləri açıqlama verib.

Razılaşmaya əsasən Qattussonun müqaviləsi 2021-ci ilə kimi uzadılıb.

Müqavilənin maliyyə tərəfləri barədə açıqlama verilməyib.

Xatırladaq ki, 13 il “Milan”ın formasını geyinən Qattusso A Seriası (2004, 2011), İtaliya kuboku (2003) və Çempionlar Liqası kubokunu (2003, 2007) qazanıb.