İngiltərənin "Bornmut" klubu qapıçısı Asmir Beqoviçi yenidən icarəyə verib.
"Qafqazinfo" xəbər verir ki, bosniyalı qapıçı İtaliyanın "Milan" klubuna keçib. Klub saytı təcrübəli qolkiperlə iyunun 30-na kimi müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, 32 yaşlı qolkiper mövsümün ilk yarısını Azərbaycan çempionu "Qarabağ"da keçirib. Təcrübəli qapıçı Ağdam klubunda 17 oyun keçirib və 16 qol buraxıb.

Son xəbərlər
Son Xəbərlər