“Milan” Beqoviçin transferini rəsmən açıqladı - Foto

milan-beqovicin-transferini-resmen-aciqladi
Oxunma sayı: 1808

İngiltərənin "Bornmut" klubu qapıçısı Asmir Beqoviçi yenidən icarəyə verib.

"Qafqazinfo" xəbər verir ki, bosniyalı qapıçı İtaliyanın "Milan" klubuna keçib. Klub saytı təcrübəli qolkiperlə iyunun 30-na kimi müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, 32 yaşlı qolkiper mövsümün ilk yarısını Azərbaycan çempionu "Qarabağ"da keçirib. Təcrübəli qapıçı Ağdam klubunda 17 oyun keçirib və 16 qol buraxıb.