“Milan” darmadağınla növbəti mərhələdə

milan-darmadaginla-novbeti-merhelede
Oxunma sayı: 633

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Arsenal” Londonda “Milan”la qarşılaşıb. İlk oyunda 4:0 hesabı ilə məğlub olan “topçular” bunun əvəzini çıxmağa yaxın olub. Lakin ilk hissədə 3 qol vuran “Arsenal” lazım olan 4-cü topu vura bilməyib. Beləliklə, “Milan” 1/4 finala vəsiqə qazanıb.
Digər görüşdə isə “Benfika” “Zenit”i qəbul edib. Portuqaliya təmsilçisi 2:0 hesabıyla qalib gələrək adını ən güclü 8 komanda sırasına yazdırıb.
1/8 final mərhələsinin digər 2 oyunu bu gün baş tutacaq.

23:45. "Arsenal" (İngiltərə) - "Milan" (İtaliya) (ilk oyun - 0:4) - 3:0
Qollar: Kosielni, 7 (1:0), Rosiçki, 26 (2:0), Van Persi, 43-pen (3:0)
23:45. "Benfika" (Portuqaliya) - "Zenit" (Rusiya) (ilk oyun - 2:3) - 2:0
Qollar: Pereyra, 45 (1:0), Oliveyra, 90+2 (2:0)

7 mart

23:45. APOEL (Kipr) - "Lion" (Fransa) (ilk oyun - 0:1)
23:45. "Barselona" (İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya) (ilk oyun - 3:1)

Ceyhun Əhmədov