Futbol üzrə İtaliya çempionatının XVIII turunda “Milan” və “İnter” komandaları qarşılaşıblar.
“Qafqazinfo” xəbər verir ki, “San Siro – Cuzeppe Meatsa” stadionunda baş tutan Milan derbisi 0:0 hesabı ilə nəticələnib.
Milan derbisində indiyə kimi 172 görüş baş tutub. Bu matçların 64-də “İnter”, 53-də isə “Milan” qalib gəlib. Bundan başqa, 54 görüş heç-heçə nəticələnib.
“Della Madonnina” adlanan Milan derbilərinin sonuncusunda “İnter” klubu qalib gəlmişdi – 3:2
Son xəbərlər
Son Xəbərlər