Milan derbisində qalib müəyyənləşmədi

milan-derbisinde-qalib-mueyyenlesmedi
Oxunma sayı: 2431

Futbol üzrə İtaliya kubokunda yarımfinal mərhələsinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Milan” “İnter”lə üz-üzə gəlib. Milan təmsilçiləri arasındakı ilk oyunda qapılara qol vurulmayıb. Bu komandalar finala vəsiqənin taleyinə aprelin 20-də keçiriləcək cavab oyununda aydınlıq gətirəcəklər.

Yarımfinalın digər görüşü “Yuventus”la “Fiorentina” arasında baş tutacaq. İlk oyun martın 2-də, cavab qarşılaşması isə aprelin 20-də keçiriləcək.