“Milan” Leau ilə müqaviləni yenilədi

milan-leau-ile-muqavileni-yeniledi
Oxunma sayı: 1235

“Milan” futbolçusu Rafael Leau ilə müqaviləsini uzadıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb. 

23 yaşlı hücumçu ilə 2028-ci ilin yayına qədər yeni sözləşmə imzalanıb. 

Futbolçunun maaşı mövsümdə 7 milyon avro olacaq. O, daha 2 milyonu isə bonus şəklində alacaq.

Qeyd edək ki, Leau bu mövsüm A seriyasında 32 oyuna çıxıb, 12 qol vurub və 7 qolun ötürməsini verib.