“Milan” onu “Yuventus”dan aldı

milan-onu-yuventusdan-aldi
Oxunma sayı: 644

İtaliyanın “Milan” klubu “Yuventus”un müdafiəçisi Leonardo Bonuççini transfer edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə  klubun rəsmi Tvitter hesabında məlumat yayılıb.

30 yaşlı müdafiəçinin transferinin dəyəri 40 milyon avro təşkil edib. O, 5 illik müqavilə imzalayacaq.