İtaliya çempionatında 3-cü turun oyunlarına start verilib.
“Qafqazinfo” xəbər verir ki, turun açılış matçında iki nəhəng komanda - “Milan” və “Roma” qarşılaşıb.
Matçda hesabı 40-cı dəqiqədə meydan sahibi “Milan” açıb. Frank Kesye fərqlənib. 59-cu dəqiqədə isə Federiko Fazio “Roma”nın bərabərlik qolunu vurub.
Matçın belə bitəcəyi düşünüldüyü vaxtda - 90+5-ci dəqiqədə Kutrone “Milan”a qələbə qazandıran qolu vurub.
Son xəbərlər
Son Xəbərlər