“Milan” ulduz futbolçunu transfer etdi

milan-ulduz-futbolcunu-transfer-etdi
Oxunma sayı: 845


 “Qafqazinfo” xəbər verir ki, “Milan” “Çelsi”dən Fernando Torresi heyətinə qatıb.  “Zadəganlar” Torresi iki il müddətinə icarə əsasında “Milan”a göndəriblər. Dünya və Avropa çempionu Torres yaxın bir iki gün ərzində Milana uçacaq, tibbi müayinədən keçəndən sonra rəsmi müqaviləyə qol çəkəcək.

 Qeyd edək ki, 2011-ci ildə “Liverpul”dan “Çelsi”yə keçən futbolçu 3 mövsüm ərzində cəmi 20 qol vura bilib.

 

İqbal