Milanda açıq havada tibbi maskadan istifadə məcburi oldu

Milanda açıq havada tibbi maskadan istifadə məcburi oldu
Oxunma sayı: 809

İtaliyanın bəzi şəhərlərində açıq havada tibbi maskadan istifadə məcburi olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna COVID-19 infeksiyasına gündəlik yoluxma hallarının artması səbəb göstərilir.

Bu səbəbdən İtaliyanın ikinci böyük şəhəri Milanda, eləcə də Berqamoda 27 noyabr - 31 dekabr tarixlərində açıq havada tibbi maskadan istifadə məcburi olacaq. Bolonya şəhərində isə noyabrın 26-dan gələn il yanvarın 9-dək açıq havada maska taxmaq məcburiyyəti qoyulub.