Milanda metro stansiyalarından birində şübhəli qutu tapılıb.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, polis metronun giriş-çıxışını bağlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qutunu yoxlayıb və içində batareyalar aşkarlayıb. Bundan sonra metro işinə davam edib.
Qeyd olunur ki, Almaniya və Fransada baş verən terror aktlarından sonra İtaliyada təhlükəsizlik tədbirləri gücləndirilib.
Son xəbərlər
Son Xəbərlər