İtaliyanın Milan şəhərində yerləşən qocalar evində yanğın baş verib.
“Qafqazinfo” ANSA agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər həyatını itirib, 80-dən çoxu xəsarət alıb.
Yanğın gecə başlayıb, söndürülməsi səhərədək davam edib.
Qocalar evində ümumilikdə 160 nəfər olub, onlardan 81-i xəstəxanalara çatdırılıb. Hospitalizə edilənlərdən ikisinin vəziyyəti ağırdır.
Yanğın faktı ilə bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər