“Milan”dan yeni transfer

milandan-yeni-transfer
Oxunma sayı: 1629

“Milan” “Lion”un sağ cinah müdafiəçisi Pyer Kalulunu transfer edib.

“Qafqazinfo” klubun saytına istinadla xəbər verir ki, “qırmızı-qaralar” Konqo əsilli fransalı futbolçu ilə 5 illik müqavilə imzalayıb.
 
Fransanın U-20 millisinin üzvü "Lion"un əsas komandasında ötən mövsüm çıxış etməyib.