Milanı su basıb

milani-su-basib
Oxunma sayı: 1531

İtaliyanın Milan şəhərində aprelin 25-də yağan güclü yağışlar şəhərin şimal və şimal-qərbində yerləşən bir sıra məhəllələrin su altında qalmasına səbəb olub.

“Qafqazinfo” yerli KİV-ə istinadən xəbər verir ki, hazırda ekspertlər Seveso və Lambro çaylarında suyun səviyyəsini izləyirlər.

Müvafiq xidmət əməkdaşları fəlakətin nəticələrinin aradan qaldırılması ilə məşğuldur.

Daşqından zərər çəkənlər barədə məlumat verilmir.