“Milan”ın A Seriyasında növbəti qələbəsi

milanin-a-seriyasinda-novbeti-qelebesi
Oxunma sayı: 1608

Futbol üzrə İtaliya A Seriyasının X turunun oyunlarına start verilib.

“Qafqazinfo” xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma baş tutub.

Turnir cədvəlinin lideri "Milan" doğma azarkeşlər önündə "Torino" komandasını qəbul edib.

"San-Siro" stadionunda baş tutan görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Oyunda yeganə qolun müəllifi matçın 14-cü dəqiqəsində Olivye Jiru olub.

Bu nəticədən sonra "Milan" 28 xalla liderliyini qoruyub. Xallarını 11-ə çatdıran "Torino" isə 13-cü pillədə qərarlaşıb.

Günün digər görüşlərində "Salernitana" səfərdə "Venesiya"nı 2:1 hesabı ilə məğlub edib. "Spesiya" - "Genoa" matçında qalib müəyyənləşməyib - 1:1.

Turun digər görüşləri bu gün təşkil olunacaq.